Sordum..,
Necə yaxşı yaşaya bilərəm?
Bir az duruxub cavab verdi:
Keçmişinlə heç təəssüf etmədən barış,
Böyük bir güvənlə indiki zamanda yaşa!
Və qorxmadan gələcəyə hazırlaş!
İnancını itirmə, qorxularını göm!
Şübhələrinə yenilmə!
İnandıqlarına şübhə etmə!
Necə yaşayacağını bilsən, yaşam ilgincliklərlə iç-içədir.
Sordum:
Yaxşı...,
O, mənim soruma diqqət etmədən davam etdi:
Gözəl olman önəmli deyil...,
Önəmli olan budur ki, önəmli biri olduğunun bilincində olasan, hətta bir adam üçün olsa da önəmli olma duyqusunu öz nəfsində daşıman önəmlidir.
Kiçik ol və aşiq...Çünkü eşq özü səni necə böyütmə, yüksəltmə qurallarını yaxşı bilir...
Eşqin sənin əxlaqına dönüşməsini bütün ilişkilərdən üstün tut.
Uğur, irəliləməkdir, son nöqtəyə çatmaq deyil.
Söylədikləri haqda düşünürdüm ki, köks ötürüb davam etdi...
Hər gün erkəndən Afrikada bir ceyran yuxudan oyanıb, yaşamaq və yemək əldə etmək üçün örüşlərdə dolaşır.
Ceyran aslandan daha hızlı qaçması gərəkdiyinin bilincindədir, yoxsa aslana yem olar,
Aslan da yaşamaq və yemək əldə etmək üçün eyni örüşlərdə dolaşır və bilir ki, ac qalmaması üçün ceyrandan daha hızlı qaçmalı və onu yaxalamalıdır.
Önəmli olan bu deyil ki, sən aslan ya da ceyran olasan.
Önəmli olan budur ki, günəşin doğumu ilə erkəndən yuxudan qalxıb, yaşamın uğrunda bütün gücünlə və inancınla çalışmağa başlayasan.
Sorularıma çox yaxşı cavab vermişdi. Ancaq yenə də başqa sorular sormaq istəyirdim və yenə də...
Bu zaman alnındakı qırışlar açılaraq mənə baxıb dedi:
Duru ol... duru ol...,
Kiçik bir quyu ya da sonsuz bir dəniz olman önəmli deyil.
Duru olsan göylər səninlədir.
Duru olsan göylər köksündədir.
دورو اولسان گؤيلر کؤکسونده دير...
سوردوم..،
نئجه ياخشي ياشايا بيلرم؟
بير آز دوروخوب جاواب وئردي:
کئچميشينله هئچ تأسوف ائتمه دن باريش،
بؤيوک بير گووَنله اينديکي زاماندا ياشا!
و قورخمادان گله جگه حاضيرلاش!
اينانجيني ايتيرمه، قورخولارینی گؤم!
شوبهه لرينه يئنيلمه!
اينانديقلارينا شوبهه ائتمه!
نئجه ياشاياجاغيني بيلسن، ياشام ايلگينجليکلرله ايچ-ايچدير.
سوردوم:
ياخشي...،
او، منيم سوروما ديقت ائتمه دن داوام ائتدي:
گؤزل اولمان اؤنملي دئييل...،
اؤنملي اولان بودور کي، اؤنملي بیری اولدوغونون بيلينجينده اولاسان، حتّی بير آدام اوچون اولسا دا اؤنملي اولما دويقوسونو اؤز نفسينده داشيمان اؤنمليدير.
کيچيک اول و عاشيق...چونکو عشق اؤزو سني نئجه بؤيوتمه، يوکسلتمه قوراللارينی ياخشي بيلير...
عشقين سنين اخلاقينا دؤنوشمه سيني بوتون ايليشکيلردن اوستون توت.
اوغور، ايره ليله مکدير، سون نؤقته يه چاتماق دئييل.
سؤيله ديکلري حاقدا دوشونوردوم کي، کؤکس اؤتوروب داوام ائتدي...
هر گون ائرکندن آفريکادا بير جئيران يوخودان اويانيب، ياشاماق و يئمک الده ائتمک اوچون اؤروشلرده دولاشير.
جئيران آسلاندان داها خيزلي قاچماسي گرکديگي نين بيلينجينده دير، يوخسا آسلانا يئم اولار،
آسلان دا ياشاماق و يئمک الده ائتمک اوچون عئيني اؤروشلرده دولاشير و بيلير کي، آج قالماماسي اوچون جئيراندان داها خيزلي قاچمالي و اونو ياخالاماليدير.
اؤنملي اولان بو دئييل کي، سن آسلان يا دا جئيران اولاسان.
اؤنملي اولان بودور کي، گونشين دوغومو ايله ائرکندن يوخودان قالخيب، ياشامين اوغروندا بوتون گوجونله و اينانجينلا چاليشماغا باشلاياسان.
سورولاريما چوخ ياخشي جاواب وئرميشدي. آنجاق يئنه ده باشقا سورولار سورماق ايسته ييرديم و يئنه ده...
بو زامان آلنينداکي قيريشلار آچيلاراق منه باخيب دئدي:
دورو اول... دورو اول...،
کيچيک بير قويو يا دا سونسوز بير دنيز اولمان اؤنملي دئييل.
دورو اولمان اؤنملیدیر.
دورو اولسان گؤيلر سنينله دير.
دورو اولسان گؤيلر کؤکسونده دير.

0 yorum:
Yorum Gönder